Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “F-35” təyyarələri ilə bağlı yeni açıqlama verib.
KONKRET.az xəbər verir ki, M.Çavuşoğlu keçirdiyi mətbuat konfransında F-35-lərin alınması ilə bağlı problemlərin olduğunu bildirib:
“Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla son görüşündə problemlərin həll olunmasını istədiyini, əlaqələrimizin inkişafında maraqlı olduğunu bildirmişdu. İnanıram ki, gələcəkdə dialoqlar olacaq. Lakin bu gün F-35 satılmayacaqsa, ya verdiyimiz pullar qaytarılmalı, ya da həmin məbləğdə yeni silahlar alınmalıdır”.