ABŞ yeni kəşfiyyat maşınını sınaqdan keçirdibackend

ABŞ yeni kəşfiyyat maşınını sınaqdan keçirdi

ABŞ Ordusu Almaniyada keçirilən “Combined Resolve” təlimi zamanı “Next Generation Tactical Vehicle-Hybrid” (NGTV-H) hibrid pikap yük maşınının sınaqlarına başlayıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, yüngül kəşfiyyat maşını “GM Defence” tərəfindən hazırlanıb. “Chevrolet Silverado”-nun şassisi əsasında hazırlanan avtomobil standart “Duramax” dizel mühərriki və elektrik mühərrikləri ilə təchiz edilib: “Ukraynada münaqişə davam etdikcə əsgərlər daha səssiz maşınlara ehtiyac olduğunu anlayıblar. “NGTV-H” kimi hibrid elektrik avtomobil texnologiyaları səssiz gedişi təmin edir”, deyə “GM Defence”nin nümayəndəsi bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*