“ABŞ Zəngəzur dəhlizi ilə bağlı təxribata əl atsa, üçüncü dünya müharibəsi başlaya bilər”backend

"ABŞ Zəngəzur dəhlizi ilə bağlı təxribata əl atsa, üçüncü dünya müharibəsi başlaya bilər"

10 noyabrda imzalanan üçtərəfli bəyanata görə, Zəngəzur dəhlizinə nəzarəti Rusiyanın sərhəd qoşunları həyata keçirməlidir. Bu isə Ermənistanın İranla yeganə sərhədinin Rusiyanın nəzarətinə keçməsi deməkdir. İran və Ermənistan bunu istəmir, Rusiya isə dəhlizə nəzarəti əldən vermək niyyətində deyil. 

Maraqlıdır, ABŞ və Fransanın hərbi yardım göstərdiyi Ermənistan bu mövzuda hansı addımlar ata bilər? Zəngəzur dəhlizinə nəzarətin aqibətini hansı ölkə həll edəcək?

KONKRET.az xəbər verir ki, referans.az-a mövzunu şərh edən politoloq Cümşüd Nağıyev açıqlamasında bildirib ki, Ermənistan 10 noyabr 2020 – ci ildə imzalanan üçtərəfli bəyannəmənin doqquzuncu bəndində Zəngəzurla bağlı məsələyə razılığını ifadə edib.

“Nəzarət Rusiyanın sərhəd qoşunları və Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib. Amma, Paşinyanın siyasi cəhətdən mühəndisləri ABŞ və Fransadan gəldiyinə görə Paşinyanı digər bir yola yönəldirlər. Məqsəd bundan ibarətdir ki, bu yolla Qafqaza daxil olsunlar. İran da təəssüf ki, Fransa və Amerikanın tərəfindən çıxış edir. Bu gözlə görüləsi vəziyyətdədir. Paşinyan siyasətçi deyil. Gah Rusiyanın yanına gedir, gah Fransanın, gah ABŞ-ın. Hər dəfə də bir şey sayıqlayır”.

Politoloq bildirib ki, tez – tez yer dəyişdirən Nikol Paşinyan sonda yenə də Putinin yanında bərqərar olacaq, buna məcburdur. Çünki 2044-cü ilə qədər,  hələ 20 il də rus qoşunlarının Ermənistan ərazisində qalması ilə bağlı beynəlxalq müqaviləsi var:”Beynəlxalq hüquqa görə hər hansı müqavilədən imtina etmək istəyirsənsə. altı ay qabaq məlumat verməlisən. Ermənilər ssenari hazırlayıblar ki, guya Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayır. Bunu eləmək üçün Rusiyanın çevriliş hazırlamasına gərək yoxdur. Rusiyanın Ermənistanda qoşunu var, istəsələr nəsə edə bilərlər. Dünyada ədalət deyilən şey yoxdur. Kimin gücü var, dünya onu qəbul edir. Azərbayacanla hesablaşan yox idi. Azərbaycan öz şəhidlərinin, milli birliyinin hesabına torpaqlarımızı aldı və indi ölkəmizi güc kimi qəbul edirlər. Ermənistanı isə qeyri – ciddi ölkə kimi sayırlar. Dünyanın heç bir yerində qalibləri ittiham etmirlər. Hədəfə çatmısansa, fərqi yoxdur ona hansı yolla çatmısan”.

Müsahib deyir ki, bütün hallarda Azərbaycan Zəngəzur dəhlizini açacaq, nəzarəti Rusiya deyil, məhz Azərbaycanın özü həyata keçirəcək: “Ermənistan yalnış addım atsa, Azərbaycanın gücü var, cavab verəcək. Ermənistan bunu yadında saxlasın. Zəngəzur dəhlizi ətrafında çaxnaşma yaratmaq istəyən Fransa, Amerika və İrandır. Azərbaycan bu təxribata getməyəcək. Biz qazandıqlarımızı itirə bilmərik, Prezidentimizin çox ağıllı strategiyası var. Amerika hansı dövlətin ərazisinə girib, oradan çox biabırçılıqla çıxıb. ABŞ Ermənistan ərazisinə girsə də belə, ölkəmiz təxribatlara izn verməyəcək”.

Cümşüd Nuriyev sonda bildirib ki, ABŞ Zəngəzurla bağlı təxribata əl atsa, bu üçüncü dünya müharibəsinin başlaması deməkdir. Azərbaycan ərazisini Gücrüctan və Ukraynanın aiqbəti kimi təşkil eləmək istəyirlər. Çox təəssüf ki, ölkəmizin daxilində və xaricində belə qüvvələr var. Amma, bu baş tutmayacaq.

  • Haller
    Sentyabr 19, 2024 - 17:26

    Zengezura gore dunya muharibesi…?! Ve yeter rusu mudafie etdiniz!!!🇺🇲❤️🇪🇺

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*