Abşeron İcra Hakimiyyətində RƏZALƏT: “Əlavə pul verin yerdəki zibilləri yığışdıraq” – FOTOLARbackend

Abşeron İcra Hakimiyyətində RƏZALƏT: “Əlavə pul verin yerdəki zibilləri yığışdıraq” - FOTOLAR

“Abşeron rayon Xırdalan şəhər parkının içində idman qurğuları quraşdıranda çox sevindik. Hər gün xeyli uşaq həmin qurğulardan yararlanır. Ancaq həmin qurğulardan 50 metr kənarda, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumulur”.

Bu barədə KONKRET.az-a açıqlamasında tanınmış iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, bu şəraiti yaradan məhz Abşeron Rayon İcra Hakimiyyətinin məişət tullantılarının daşınmasına məsul qurumudur: “Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəki məişət tullantılarına əllərini də vurmurlar. Halbuki İcra Hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun binanın həyətinə axıdılmasını demirəm”.

Samir Əliyev: Bankların bağlanması davam edəcək - Meydan.TV

Samir Əliyevin sözlərinə görə, zibillik iki binanın arasında, həm də girişdə yerləşir: “Hər gün bu natəmizliyin yanından uşaqlar keçir və onlar ayaqlarını maşının çirkab su axıtdığı yola qoymalı olur. Abşeron İcra Hakimiyyəti göz görünən yerdə (parkda) uşaqların sağlmlığı üçün idman qurğuları quraşdırır. Ondan 50 metr aralıda, gözə görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır”.

Samir Əliyev qeyd edib ki, məsələ ictimailəşdikdən sonra Abşeron Rayon İcra Hakimiyyətindən əraziyə gəliblər. Onlara “əlavə pul verin yerdəki zibilləri yığışdıraq” deyiblər, sonra isə çıxıb gediblər. Vəziyyət isə belə qalıb. “İcra Hakimiyyəti deyil, biznes obyektidir” – deyə tanınmış iqtisadçı fikirlərini yekunlaşdırıb.

P.S Məsələ ilə bağlı Abşeron rayon İcra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq!

Bir açıq hava şəkili ola bilər

Bir açıq hava şəkili ola bilər

Bir açıq hava şəkili ola bilər

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*