“Abşeron” yatağından ilk qaz ÇIXARILACAQbackend

"Abşeron" yatağından ilk qaz ÇIXARILACAQ

Bir neçə həftə ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından ilk qaz çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı “TotalEnergies” şirkətinin Avropa üzrə birinci vitse-prezidenti Jan-Lyuk Qizyu bildirib.

“Bu il, yəni bir neçə həftədən sonra “Abşeron” sahəsindən ilk qaz çıxacaq. Bu da gələcək inkişaflara böyük bir qapıdır. “Abşeron” yatağının potensialı üçün böyük fürsətdir”, – Jan-Lyuk Qizyu qeyd edib.

Onun sözlərinə görə, Avropaya qaz təchizatında Azərbaycan mühüm rol oynayır və bu sahədə etibarlı tərəfdaşdır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*