Abşeronda 48 yaşlı kişinin meyiti tapıldıbackend

Abşeronda 48 yaşlı kişinin meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Vəliyev Amal Əliəşrəf oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*