Açmadığı müdir maşınının qapısı ona DSX-nin qapısını açdı – Vətən müharibəsində dastan yazan Xudayar… – VİDEOREPORTAJbackend

Açmadığı müdir maşınının qapısı ona DSX-nin qapısını açdı - Vətən müharibəsində dastan yazan Xudayar... - VİDEOREPORTAJ

Bərdədə dünyaya gələn 22 yaşlı şəhid Xudayar Müslüm oğlu Yusifzadə… Gizir şəhid İkinci Qarabağ müharibəsində,  oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunurdu. Cəbhədə canı-qanı ilə vuruşan minlərlə vətən övladından biri idi gizir Xudayar Yusifzadə. Ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəs sevdi onu.

22 yaşlı gənc doğulandan 24 gün sonra atasını itirib. Xudayar evin sonbeşiyi idi: üç qardaş, bir bacının ən kiçiyi. Atasız böyüyən Xudayarı nənə-babası himayəsinə götürür. Atasından qalan ev Xudayar hərbi xidmətdə olanda elektrik naqillərinin qısaqapanmasından yanaraq kül olduğundan kirayələrdə qalırdı. İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilməyib./baku tv/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*