ADA-da Fransa müstəmləkələrindən olan jurnalistlərə təlimlər keçirilirbackend

ADA-da Fransa müstəmləkələrindən olan jurnalistlərə təlimlər keçirilir

ADA Universitetində Fransanın müstəmləkəsi olan ərazilərin media nümayəndələri üçün təlimlərə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, media üzrə təlim proqramı aldadıcı media orqanları tərəfindən aparılan təbliğat, dezinformasiya və psixoloji manipulyasiya üsullarının aradan qaldırılmasına yönəlmiş hərtərəfli kommunikasiya strategiyalarını əhatə edir.

“Bu təşəbbüs həmçinin iştirakçılara yanlış naraativləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq, düzgün məlumatların yayılmasını təşviq etmək və dezinformasiya praktikasına əsaslanan manipulyasiya taktikasına effektiv etiraz etmək üçün praktiki metodologiyalar təqdim etməklə media dayanıqlılığını artırmağa yönəlib”, – məlumatda vurğulanıb.

Təlim çərçivəsində jurnalistlər medianın problemləri ilə bağlı fikir mübadiləsi aparıblar və müvafiq sualları cavablandırıblar.//Qafqazinfo




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*