Adada 30 il yaşayan italiyalı özünü təcrid etmək yollarından danışdıbackend

Adada 30 il yaşayan italiyalı özünü təcrid etmək yollarından danışdı

Sardiniyanın Budelli adasında 30 ildən çox tək yaşayan Mauro Morandi koronavirus səbəbiylə özünü təcrid etməyin asan bir yol olduğunu deyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.

O, hamıya özünüzlə tək qalmaqdan və kitab oxumaqdan qorxmamağı tövsiyə edib.

81 yaşlı Morandi bir ada gözətçisidir. O, 1989-cu ildə Milandan bir şirkət tərəfindən işə götürülüb. 14 il əvvəl maddi çətinliklər üzündən şirkət kişiyə maaş verə bilməyib, ancaq o, təklikdə yaşamağa davam edib.

Yerli media onu İtaliyanın Robinson Kruzosu adlandırır.

Morandi təcrid olunmasına baxmayaraq yenə də xəbərləri izləyir, bütün hadisələrdən xəbərdar olur, o cümlədən koronavirus pandemiyası haqda da hər şeyi bilir.

Özünü adada tam təhlükəsizlikdə hiss edir.

“Bura heç kim üzüb gələ bilmir. Hətta uzaq məsafədə belə gəmi gözə dəymir ” deyib.

Eyni zamanda, qohumlarının və dostlarının Modena şəhərində yaşadığını və onlardan narahat olduğunu qeyd edib.

Morandinin dediyinə görə, həmişə məşğul olmağa bir şey tapır.

Tamamilə darıxdırıcı olanda, o, adanın şəklini çəkir və 40 mindən çox abunəçisi olduğu “İnstagram”a yükləyir.

O, karantinin özünüzü tanımaq üçün əla bir fürsət olduğunu deyir.

İtaliyalı hamıya kitab oxumağı və tək qalmağı məsləhət görür.

Morandiyə görə, karantin sayəsində insanlar həyatlarını təhlil etmək və onu yaxşı tərəfə dəyişməyə çalışmaq imkanı əldə edirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*