Finlandiyanın Uusimaa əyalətində xəstəxana işçiləri insan əti yeyən pişiyi tutublar.
KONKRET.az “MTV Uutiset”ə istinadən xəbər verir ki, morqdakı insan qalıqlarıyla qidalanan pişik Vantaa şəhərindəki tibb müəssisəsində işçilər tərəfindən tutulub.
Xəstəxana ölən şəxslərdən neçəsinin küçə pişiyinin hücumuna məruz qalması barədə dəqiq məlumat verməyib. Pişiyin küçə pişiyi olduğu öz təsdiqini tapıb. Hazırda Finlandiya polisi hadisə ilə bağlı araşdırma aparır.
Vəli Həsənov,
KONKRET.az