Adanada termometrlər 39 dərəcəni göstərdibackend

Adanada termometrlər 39 dərəcəni göstərdi

Türkiyənin Adana şəhərində son yüz ildə sentyabr ayında ən isti hava temperaturu qeydə alınıb.

Adana'da termometreler 39 dereceyi gösterdi - Resim: 4

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin bir çox bölgəsində hava yavaş-yavaş sərinləsə də, Adanada termometrlər 39 dərəcəni göstərir. Günəş altında temperaturun hətta 50 dərəcəyə çatdığı deyilir.

İnsanlar sərinləmək üçün daha çox parklara üz tutur.

Adana'da termometreler 39 dereceyi gösterdi - Resim: 3

Sinoptiklər sentyabrın 22-də qeydə alınan temperaturun 1929-2022-ci illər arasında ən yüksək göstərici olduğunu deyirlər. Məlumata görə, bu illər ərzində sentyabr ayında orta temperatur 26,2 dərəcə, ən yüksək orta temperatur isə 33,1 dərəcə olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*