Braziliya məhkəməsi britaniyalı pop müğənni Adelin “Million Years Ago” mahnısının dünya miqyasında satışını, o cümlədən musiqi striminq xidmətlərini qadağan etmək qərarına gəlib.
KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, məhkəmə “Sony” və “Universal”-dan “Million Years Ago” filminin bütün dünya üzrə istifadəsini, çoxalmasını, redaktəsini, yayılmasını və ya kommersiyalaşdırılmasını dərhal dayandırmağı tələb edir. Qərar, bəstəkar Toninyo Geraesin plagiat iddiasından sonra verilib. Qadağadan əlavə, bəstəkar Adeldən, eləcə də “Sony” və “Universal” da daxil olmaqla bir neçə səsyazma şirkətlərindən 160 min dollar təzminat tələb edib. “Sony” və “Universal” törəmə şirkətlərini hər uyğunsuzluq aktına görə 8000 dollar cərimə gözləyir.
Vəli Həsənoğlu,
KONKRET.az