Adəmin atası çarəsiz qaldı: “Oğlum özünə xəsarət yetirir”backend

Adəmin atası çarəsiz qaldı: “Oğlum özünə xəsarət yetirir”

“Adəmin 8 yaşı var, autizm sindromundan əziyyət çəkir. Biz onun bu problemini 2 yaşında bilmişik və həmin gündən müalicə edirik. Amma Adəmin vəziyyəti günü-gündən pisləşir”

KONKRET.az xəbər verir ki, bu müraciət Bakı sakini İmran Ələsgərova aiddir. Belə ki, onun oğlu autizm sindromludur və durumu get-gedə kritikləşir. Özünə xəsarət yetirməsi isə ailəni daha da narahat etməyə başlayıb.

İmran Ələsgərov bildirib ki, oğluna Azərbaycanda çarə tapılmasa da, Tükiyədə belə problemləri aradan qaldırmaq mümkündür: “Biz Türkiyədə bir həkimlə danışmışıq, onlar Adəmi ora aparmağımızı və müalicə etməyimizi tövsiyyə edirlər. Bizim oradakı müayinələrdən keçmək üçün ümumilikdə 6 min manata ehtiyacımız var. Həmin məbləğin 3000 manatını toplaya bilsək də, yarısı, yəni üç min manat pul çatmır”.

Məlumat üçün qeyd edək ki, İmran Ələsgərov 2 uşaq atasıdır və ailədə işləyən yeganə şəxsdir. Onun atası fiziki məhdudiyyətli, bacısı isə şizofreniyadan əziyyət çəkir. Bu isə İmranın xərclərini ikiqat artırır. Yəni o, iki evə baxmalı olur. Hazırda əsas dərdi oğlunun vəziyyətidir, çünki autizmin tibbi çarəski mövcuddur. Sadəcə, pul lazımdır: “Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə.(050) 481-18-61

Kapital Bank: 5239151728791016

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*