Aleksey Navalnının xanımı Yuliya Navalnaya ərinin nədən öldüyünü tezliklə açıqlayacağını bəyan edib.
KONKRET.az Britaniya mediasına istinadən xəbər verir ki, Yuliya Navalnaya bu barədə Brüsseldə Avropa nazirləri ilə görüşərkən danışıb. O, ərinin “azad Rusiya” uğrunda mübarizəsini davam etdirəcəyinə söz verib.
Yuliya ərinin tərəfdarlarına ünvanladığı videoçarxda bildirib ki, ərinin niyə öldürüldüyünü bilir:
“Putinin üç gün əvvəl Alekseyi niyə öldürdüyünü bilirik. Bu barədə sizə tezliklə məlumat verəcəyik. Bu cinayəti dəqiq kimin və necə törətdiyini mütləq öyrənəcəyik. Biz onların soyadlarını səsləndirəcək, üzlərini göstərəcəyik”, – deyə Navalnaya əlavə edib.
O, rusiyalıları onun yanında olmağa və yalnız kədər və sonsuz ağrıları bölüşməyə deyil, həm də Rusiyanın gələcəyini məhv edənlərə qəzəb püskürməyə çağırıb.
Xatirə SADİQ,
KONKRET.az