Hazırda istintaq altında olan iş adamı Adnan Əhmədzadənin cinayət işində diqqətçəkən məqamlar üzə çıxıb.
KONKRET.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Adnan Əhmədzadənin şirkətlərindən biri üzərindən sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə davamlı pul köçürmələri üzə çıxıb.
Bildirilir ki, Adnan Əhmədzadə bu köçürmələrə Ramiz Mehdiyevin PA rəhbəri olduğu zamandan start verildiyini deyib.
Bununla belə Adnan Əhmədzadə əlavə edib ki, Ramiz Mehdiyev PA-dan kənarlaşdırılandan sonra ona bu əməliyyatı dayandırması barədə yuxarıdan hər hansı bir bildiriş gəlməyib.
“Ona görə də pulköçürmə əməliyyatı son zamanlara qədər davam edib” deyə Əhmədzadə bildirib.
Mənbəmiz ümumilikdə köçürülən məbləğin 70-80 milyon ABŞ dolları civarında olduğunu vurğulayıb.
