ADY-nin yeni sədri kimdir? – DOSYEbackend

ADY-nin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.

KONKRET.az xəbər verir ki, o, 1980-ci ildə İmişlidə anadan olub.

1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

Rus və ingilis dillərini bilir.

Ailəlidir.

  • Səfər
    Dekabr 27, 2022 - 13:30

    Yazıb sizdən xahiş edrəm ki mənə köməklik göstərəsizdaşkəsən rayon bayan kəndində stansıya yoldəyişmə yerində boş vakansiya olduğuna görə sizdən bir xahiş edim ki mənzəngilan istiqamətində xidmət etmişəm döyüş əməlyatında iştirak eləmişəm iki dəmir yol idarəsi var biri eçe 14 .st.idarəsi hal hazırda orda idarədə hərbi xidmətdə olmayan şəxslər var mən hərbi xidmətimi başa vurub gəlmişəm ora işə girə bilmirəm vakant yeri ola ola məni işlə təmin etmillər sizdən xahiş edrəm ki məni hara olur olsun məni işlə təmin edəsiniz ümid varam ki məni işlə təmin edəsiz öncədən sizə dərin minatdarlığımı bildirirəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*