Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən bildirir ki, yüksək sürətlə hərəkət edən 77 GT 208 dövlət qeydiyyat nişanlı “Mini Cooper” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, onunla eyni istiqamətdə hərəkət edən 90 LF 135 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən “Mini Cooper” yolun kənarındakı dəmir maneəni aşaraq divara çırpılıb. Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları cəlb olunub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.