Aeroporta dəmir yolu xətti çəkiləcəkbackend

Aeroporta dəmir yolu xətti çəkiləcək

Dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılması üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yeni dəmiryol xəttinin inşası, o cümlədən Hövsan dəmiryol stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Həmçinin bildirilib ki, şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmiryolu dəhlizinin yaradılması planlaşdırılır.

2040-cı ilədək Bakı şəhəri üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğunun təqribən 195,4 km-dən 338,6 km-ə, stansiyaların sayının isə 26-dan 54-ə çatdırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*