Afaq Bəşirqızıdan Məlahət Abbasovaya GÖNDƏRMƏ: “Aktyordan prezident olmaz deyənlər Zelenskiyə baxsınlar”backend

Afaq Bəşirqızıdan Məlahət Abbasovaya GÖNDƏRMƏ: "Aktyordan prezident olmaz deyənlər Zelenskiyə baxsınlar"

“Aktyordan prezident olmaz deyən adamlar bugünkü Zelenskiyə baxsınlar. Ondan insanlıq, mərdlik, kişilik öyrənsinlər”.

KONKRET.az xəbər verir ki, bunu Xalq artisti, aktrisa Afaq Bəşirqızı söyləyib.

Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkədə Ukrayna Prezidenti Vladimir Zelenski barədə müzakirələrə səbəb olacaq şərh yazıb.

Türkiyədə fəaliyyət göstərən aktrisa “Show News”un instaqram hesabına rəy yazaraq aktyordan siyasətçi olmayacağını qeyd edib: “Volodimir Zelenski aktyor, senarist və rejissordur. Komediyaçı və siyasətçidir. Siyasət onun işi deyil. Aktyordan lider olar? Adama deyərlər ki, get, aktyorluğunu və rejisssorluğunu et. Əlbəttə ki, bu savaşda yalnız qalacaq”.(Toplum TV)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*