AFFA hakimlər üçün onlayn dərslərə başladıbackend

AFFA hakimlər üçün onlayn dərslərə başladı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hakimlər üçün qrup halında məşğələlərin müvəqqəti ləğv olunması nəzərə alınaraq, onlayn şəkildə dərslərin keçirilməsinə start verilib.

KONKRET.az– ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın iştirakı ilə dərslər həftədə 1 dəfə olmaqla 2 ayrı-ayrı qruplara bölünmüş hakimlər üçün aparılır. Onlayn dərslərdə beynəlxalq oyunlarda baş vermiş müəyyən situasiyalar müzakirə edilir, sorğu vasitəsi ilə hakimlərin cavabları öyrənilir, oyun qaydalarının düzgün yozumu və tətbiqi haqqında tövsiyələr verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*