Yunanıstanın paytaxtı Afinada Britaniyanın “The Tiger Lillies” triosunun konserti musiqiçilərin Ukraynaya dəstəyinə görə ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Efimerida ton Syntakton” qəzeti yazır.
Paytaxtın Ekzarxiya rayonunun sakinləri musiqiçilərin Ukraynaya dəstəyinə görə Britaniyanın “The Tiger Lillies” triosunun konsertinin ləğv edilməsini tələb ediblər.
Qrup Eksarxiyada metro tikintisinə qarşı çıxan sakinlərə dəstək olaraq rayon mərkəzindəki meydanda pulsuz konsert verməyi planlaşdırıb. Nəşr aydınlaşdırır ki, bu etirazlar polislə toqquşmalara səbəb olub.
Təşkilatçılar əlavə ediblər ki, konsertin ləğv edilməsinin digər əsas səbəbi təhlükəsizlikdir: “The Tiger Lillies”in çıxışı planlaşdırılan kiçik məkan musiqiçiləri və böyük tamaşaçıları təhlükəsiz şəkildə yerləşdirə bilməyəcəkdi.
Meydandakı konsert ləğv edilsə də, qrup üç gün Afina caz klublarından birində çıxış edəcək. Nəşr əlavə edir ki, bu konsertlərin bütün biletləri satılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az