Afinanın C-130-la paylaşımına Ankaradan sərt reaksiyabackend

Afinanın C-130-la paylaşımına Ankaradan sərt reaksiya

Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarəsinin şəklini paylaşaraq şəhidlərimizə qarşı insani və hərbi dəyərlərdən uzaq olan çirkin mesajını qınayırıq.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik X hesabında yazıb.

“Bu mesajın silinməsi və şəhidlərimiz üçün başsağlığı mesajı ilə əvəz edilməsi düzgün yanaşma olardı. Zəlzələ və fəlakətlər zamanı bir-birimizin köməyinə gəlirik və ağrıları bölüşürük. Doğru addım budur. Bu çirkin mesajı dərc edənlərə qarşı lazımi tədbirlərin görülməsini və lazımi cəzaların tətbiq olunmasını gözləyirik”, – partiya rəsmisi vurğulayıb.

Qeyd edək ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarələrinin şəklini “Günün fotosu” başlığı ilə paylaşması sosial şəbəkələrin Türkiyə seqmentində sərt reaksiyalara səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*