Afrikada 300 mindən çox insan koronavirusa yoluxdubackend

Afrikada 300 mindən çox insan koronavirusa yoluxdu

Afrika ölkələrində COVID-19-a yoluxma hallarının ümumi sayı 306,567-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Sinxua agentliyi Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına istinadən yayıb.

Qeyd olunur ki, Afrikada 8 115 nəfər koronavirusun qurbanı olub, 146 212 nəfər sağalıb.

İnfeksiya 54 Afrika ölkəsinə yayılıb. Ən pis vəziyyət isə Cənubi Afrika, Misir və Nigeriyadadır.

Cənubi Afrikada COVID-19-a yoluxma hallarının ümumi sayı 100 minə yaxındır, Misir və Nigeriyada isə bu rəqəm müvafiq olaraq 55 və 20 mindən çoxdur.

Xatırladaq ki, 10 iyun tarixində Afrikada 200 mindən çox insanın koronavirusa yoluxduğu bildirilib. İki həftə ərzində isə 100 min artım olub.

ÜST-ün COVID-19 pandemiyasının yeni təhlükəli bir mərhələsi barədə xəbərdarlıq etdiyi də deyilir.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*