Ağ atlı Kim Çen In – Atla dağa çıxması böyük əməliyyatdan xəbər verir – FOTOLARbackend

Ağ atlı Kim Çen In - Atla dağa çıxması böyük əməliyyatdan xəbər verir - FOTOLAR

Şimali Koreya lideri Kim Çen In müqəddəs sayılan “Paektu” dağında at çapıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, qarlı dağda ata minən Kim Çen In çoxlu şəkil çəkdirib.

Şərhçilər Şimali Koreya liderinin vacib qərarlar qəbul etməzdən əvvəl bu dağa çıxdığını qeyd edib. Lakin bəzi qaynaqlar liderin dağa çıxmasını nüvə silahına və ballistik raketlərə görə təzyiq altında olan Şimali Koreyanın beynəlxalq sanksiyalara meydan oxumaq kimi dəyərləndiriblər.

Qeyd edək ki, həmin dağ ölkə tarixində xüsusi əhəmiyyətə malikdir və eyni zamanda Kim Çen In-ın atasının doğulduğu məkan olaraq qeyd edilir. Axırıncı dəfə Kim Çen In bu dağı ziyarət edərkən Cənubi Koreya ilə dostluq görüşünə razılıq vermişdi.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*