Rusiya və ABŞ prezidentləri arasında yeni görüşün olması mümkündür, lakin hələ ki, qərar qəbul olunmayıb.
KONKRET.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.
“Prezident (ABŞ lideri Co Bayden – red.) hər zaman liderlər səviyyəsində qarşılıqlı təmasları yüksək qiymətləndirir. Lakin növbəti addımın uyğun olub-olmaması barədə qərara gəlməliyik”, – deyə sözçü bildirib. Axar.az