Ağ Ev: Sammit üçə-üç formatında keçiriləcəkbackend

Ağ Ev: Sammit üçə-üç formatında keçiriləcək

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Alyaskada baş tutacaq görüşü əvvəl planlaşdırıldığı kimi “üzbəüz” formatda deyil, “3 qarşı 3” formatında keçiriləcək. Bu barədə məlumatı Ağ Ev yayıb. Yeni formata əsasən, görüşə hər iki ölkədən yalnız prezidentlər deyil, həm də yüksək səviyyəli nazirlər və nümayəndə heyətləri qatılacaq.

KONKRET.az xəbər verir ki, ABŞ tərəfini görüşdə prezident Tramp, Dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edəcək. Rusiya tərəfinin nümayəndə heyətində isə müvafiq nazirlər və köməkçilərin iştirak edəcəyi gözlənilir.

Ağ Ev vurğulayıb ki, görüşün məqsədi sadəcə liderlərin üzbəüz dialoqu deyil, həm də hər iki ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə daha geniş və strukturlaşdırılmış danışıqlar aparmaqdır. Bu format tərəflərə strateji məsələləri ətraflı müzakirə etmək, ikitərəfli münasibətləri və beynəlxalq təhlükəsizlik məsələlərini əhatəli şəkildə nəzərdən keçirmək imkanı verəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*