Ağ Ev Süleymaninin məhv edilməsinin səbəblərini açıqladıbackend

Ağ Ev Süleymaninin məhv edilməsinin səbəblərini açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ obyektlərinə və onların heyətinə əvvəllər edilən hücumlara cavab olaraq iranlı general Qasım Süleymaninin məhv edilməsini əmr edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Konqresinə fevralın 14-də Ağ Ev tərəfindən göndərilən bir qeyddə deyilir.

“Prezident əvvəlki aylarda İran və İranın dəstəklədiyi yaraqlıların ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə və maraqlarına qarşı hücumların gücləndirilməsi əmrini verdi” deyə Ağ Ev administrasiyası vurğulayıb.

Xatırladaq ki, yanvarın əvvəlində ABŞ Bağdad hava limanının yaxınlığında əməliyyat keçirmiş, nəticədə iranlı general Qasım Süleymani öldürülmüşdü.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Süleymaninin ölkənin səfirliklərinə hücuma hazırlaşdığını bildirmişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*