Ağ Evdən Bakıya sürpriz bağlama: Bu, sadəcə Əliyevə göndərildi, Paşinyan isə…backend

Ağ Evdən Bakıya sürpriz bağlama: Bu, sadəcə Əliyevə göndərildi, Paşinyan isə…

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyəsi böyük maraqla qarşılandı. Ağ Ev rəhbəri dövlət başçımıza Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan üçtərəfli görüşün fotolarını göndərib.

Fotoların birində, “İlham, siz böyük lidersiniz”, başqa birində isə “İlham, siz böyüksünüz” sözləri və Trampın imzası qeyd olunub.

ABŞ prezidentinin sözügedən addımı sadəcə protokol qaydasıdır? Bunun arxasında hansı xüsusi mesajlar dayanır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov bildirib ki, Donald Tramp ilk dəfədir belə bir addım atır:

“Hazırkı məlumatlara görə, Ermənistanın Baş naziri Nikol Paşinyana sözügedən hədiyyə təqdim edilməyib. Bu isə o deməkdir ki, Donald Tramp İlham Əliyevi böyük lider kimi qəbul edir. Yəni bu davranışı diplomatik jest kimi dəyərləndirmək olar.

Tramp özünü sülh danışıqları aparan şəxs kimi dünyaya təqdim etmək istəyir. O, vaxtilə milyonlarını da danışıqlar yolu ilə qazanıb, siyasətdə də özünü “möhtəşəm danışıqlar aparan lider” obrazında göstərməyə çalışır. Ağ Ev rəhbəri görüşdüyü dövlət başçıları səmimi münasibətlər qurmağa önəm verir.

Lakin bu addımı hər liderə münasibətdə etmir. Prezident İlham Əliyevə belə bir hədiyyə göndərməsi və onu “böyük lider” adlandırması Azərbaycanla gələcək əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Qarşıda birgə layihələrin gündəmdə olduğu da istisna deyil. Buna görə də Tramp Azərbaycan Prezidenti ilə daha sıx əlaqələr yaratmaq niyyətindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*