ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin bu həftə bitəcəyinə əmindir.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
Onun sözlərinə görə, Vaşinqton bütün diqqətini danışıqlara cəmləyib:
“Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən mümkün görüş barəsində hələlik heç bir məlumat yoxdur. Hazırda Tramp və komandası münaqişəni sona çatdırmaq üçün bu müharibənin hər iki tərəfi ilə danışıqları davam etdirməyə çalışır”.
Mətbuat katibi qeyd etdiyi proqnozun nəyə əsaslandığını açıqlamayıb.