Ağ Evdən yeni viza rüsumu ilə bağlı AÇIQLAMAbackend

Ağ Evdən yeni viza rüsumu ilə bağlı AÇIQLAMA

ABŞ-da H-1B vizaları üçün tətbiq olunacaq yeni 100.000 dollarlıq rüsum bazar günü qüvvəyə minir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters Ağ Ev-ə istinadən məlumat yayıb.

Məlumata görə, hər bir ərizə (petisiya) üzrə rüsum tutulacaq, lakin bu mövcud viza sahiblərinin ölkəyə yenidən girişində tətbiq olunmayacaq.

“Bu illik rüsum deyil. Bu, yalnız ərizəyə tətbiq olunan birdəfəlik ödənişdir,” – Ağ Evin sözçüsü Karolin Leavitt bildirib.

Petisiya – bir şirkətin xaricdən ixtisaslı işçi gətirmək üçün verdiyi rəsmi müraciətdir.

Leavitt bildirib ki, hazırda ölkə xaricində olan H-1B viza sahiblərindən ABŞ-a qayıtmaq üçün 100.000 dollar alınmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*