Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
KONKRET.az xəbər verir ki, barəsindəki cinayət işi ilə əlaqədər təqsirləndirilən Ağadadaş Ağayev Binəqədi rayon Məhkəməsinə gəlib.
Yaxın dəqiqələrdə məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir./report