Ötən gün axşam saatlarında Ağcabədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Pərioğlular kənd sakini, 16 yaşlı Fidan Mamedova kəsici-deşici alətlə qətlə yetirilib.
KONKRET.az xəbər verir ki, hadisə zamanı qızın valideynləri də evdə olublar. Onların səsləri eşidilsə də, baş verənlərin mübahisə olduğunu düşünüblər. Bildirilir ki, münaqişə qəfil başlayıb və nəticədə faciə ilə yekunlaşıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qızın qardaşı, 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı videomaterialda: