Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb – FOTOLARbackend

Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOLAR

Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilir ki, baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

  • Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOLAR
  • Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*