Ağcabədidə yanacaqdoldurma məntəqəsi yandıbackend

Ağcabədidə yanacaqdoldurma məntəqəsi yandı

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir – Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.

Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*