Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu VERİLDİbackend

Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu VERİLDİ

Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib.

KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, bununla da Ağdam Sənaye Parkında rezidentlərin sayı 11-ə çatıb.

“Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq”, – M.Cabbarov yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*