Ağdaşda ağır yol qəzası baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasını vurub, sonra isə yük avtomobili ilə toqquşub. Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri; 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.