Ağdaşda partlayışda ana-qız yaralandıbackend

Ağdaşda partlayışda ana-qız yaralandı

Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib.

1977-ci il təvəllüdlü Həmidov Niyaməddin İkram oğluna məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb. Nəticədə 1981-ci il təvəllüdlü Həmidova Elnarə Akif qızı və övladı, 2007-ci il təvəllüdlü Həmidova Elcan Niyaməddin qızı xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*