backend

"Ağdərə boşaldılıb, şəhərdə həyəcan siqnalı səsi eşidilir" - VİDEO

KONKRET.az xəbər verir ki, bunu “Komsomolskaya pravda”nın əməkdaşı bildirib. Jurnalist Aleksandr Kots küçələri boşalan şəhərdən video kadrlar çəkib. Həyəcan siqnalı verilən şəhərin yeni görüntülərini çəkən jurnalist qeyd edib ki, təmas xəttinə daha yaxın olan Ağdərədə vəziyyət Xankəndidə olduğundan da gərgindir.

Xatırladaq ki, gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi ötən gün yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirildiyini bildirib. “Azərkosmos”da Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır.

 

baku.ws

  • Füzuli
    Sentyabr 29, 2020 - 17:37

    Cavab vermək zamanı! Yaşasın Azərbaycan əsgəri!

  • İbrahim
    Oktyabr 20, 2020 - 14:39

    Bu şərəfsiz faşist dığalar kütləvi qırılmasa ağıllanmayacaq!
    Allah bizimlədir
    Yaşasın Azərbaycan!
    Yaşasın Azərbaycan Türkiyə dostluğu!
    Yaşasın Cənab prezident!
    Qarabağ Azərbaycandır!

Füzuli üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*