Agentlik: Açıq təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmırbackend

Agentlik: Açıq təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmır

Açıq təhsilalma formasında təhsil alanların diplomu ölkəmizdə tanınmır.

KONKRET.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli APA-nın sualına cavab olaraq deyib.

“Açıq təhsilalma forması ilə bağlı bizə ən çox Türkiyə Respublikasından müraciətlər daxil olur. Bu bir neçə başqa ölkədə də var. Bu təhsil formasına “open education” da deyilir, yəni burada tələbə-müəllim kontaktı olmur. Azərbaycan təhsil qanunvericiliyində bu təhsilalma forması yoxdur. Buna görə də birmənalı olaraq bu təhsilalma formasında əldə olunmuş diplomlar Azərbaycanda tanınmır” – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*