Ağır çəkili polislər işdən kənarlaşdırılacaq – ÖZBƏKİSTANDAbackend

Ağır çəkili polislər işdən kənarlaşdırılacaq - ÖZBƏKİSTANDA

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Daxili İşlər Nazirliyi həddindən artıq kilolu əməkdaşlarını 2020-ci ilin yazında işdən kənarlaşdıra bilər.

“Çəkisi çox olan və onlar üçün tibbi profilaktik tədbirlər təşkil edən işçilərin siyahısını yaratdıq. Özləri üzərində işləməyənlər ayrı bir siyahıya daxil ediliblər. Gələn ilin ilk rübündə heyət və yol polisi işçiləri arasında sertifikatlaşdırma aparacağıq. Sertifikatlaşdırma zamanı çox çəkisi olan işçilərlə işləməyə davam edib-etməməyimizi görəcəyik”, – deyə nazirlikdən bildirilib.

Buna baxmayaraq nazirlik çəkisində problem olan əməkdaşlara bu tipli xəstəliklərlə mübarizədə kömək edir – onlara düzgün qidalanma ilə bağlı tövsiyələr verilir, onlar üçün xüsusi təlimlər keçirilir. Bu, ağır çəkidən əziyyət çəkən polis məmurlarının sayının 30 faiz azaldılmasına kömək edib.

Qeyd edək ki, hələ mart ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Namagan bölgəsində bir yığıncaqda çıxış edərək, hərbi və Daxili İşlər Nazirliyinin səlahiyyətlilərini arıqlamağa çağırıb: “Hərbi və kilolu zabitlərə ehtiyacımız yoxdur. Cinayətkarları necə tutacaqlar? İdman etsinlər. Bu mənim üçün deyil, bu onlar üçün bir fayda olacaq”.

Bundan əvvəl prezident ölkə əhalisinin yarıdan çoxunun artıq çəkidən əziyyət çəkdiyini qeyd edib. 2018-ci ilin sonunda Mirziyoyev yüksək miqdarda yağ, duz və şəkər olan qida məhsullarının idxalı, istehsalı və satışını məhdudlaşdırmağı əmr edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*