Yunan adalarında fəaliyyət göstərən Egeydə Qaçqınlara Dəstək Təşkilatı, Samos adasının mühacir düşərgəsində 648 nəfərlik yerdə 6700 nəfərin qaldığını açıqlayıb. Beynəlxalq mətbuatda düşərgənin dəfələrlə tənqid olunmasına baxmayaraq, şərait dəyişmir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sağlamlıq problemləri olan düşərgədə ən çox ziyan görən uşaqlardır. Bəyanatda bildirilir ki, 363 azyaşlı uşaqdan yalnız 56-sı düşərgədə təhlükəsiz ərazilərdə yaşayır. Digərləri yetkin immiqrantlar arasında müdafiəsiz qalıb.
Yunan mediasında yer alan xəbərə görə, bəzi uşaqlar ağır şəraitə dözməyərək intihar edir. Düşərgədə psixoloq kimi fəaliyyət göstərən Ancela Moncareli travma alan uşaqların müalicəsi üçün zamana və normal şəraitə malik yerə ehtiyaclarının olduğunu deyib.
Moncareli son 3 ayda 20 uşağın dözülməz vəziyyətdən bezərək canına qəsd etdiyini açıqlayıb.
Hazırladı: Günel MUSEYİB