Hollivudun məşhur aktyoru Bryus Uillisin 70 yaşında çəkilmiş yeni fotoları Instagram sosial şəbəkəsində yayılıb.
KONKRET.az xəbər verir ki, fotoları aktyorun Demmi Mur ilə birgə qızları olan kiçik qızı – Talula Bell Uillis paylaşıb. O, atasının son görüntülərini izləyiciləri ilə bölüşüb və fotolar ulduzun pərəstişkarları tərəfindən müsbət qarşılanıb.
Xatırladaq ki, 2022-ci ilin aprelində Bryus Uillis aktyor karyerasını başa vurduğunu elan etmişdi. Bu qərarın səbəbi nitq pozğunluğu (afaziya) olmuşdu. Sonralar isə həkimlər ona alın və gicgah payı demensiyası diaqnozu qoymuşdular.
Bu ağır nevroloji xəstəlik Uillisin həm fiziki, həm də emosional vəziyyətinə ciddi təsir edib və onun kino karyerasını tamamilə dayandırmasına səbəb olub. Lakin ailəsi onun yanında olmağa və pərəstişkarlarını ümidlə ruhlandırmağa davam edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az