“Ağlanılacaq gündəyik, heç vaxt belə olmayıb” – II Qareginbackend

"Ağlanılacaq gündəyik, heç vaxt belə olmayıb" - II Qaregin

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı bütün ermənilərin katolikosu II Qareginin mövqeyi dəyişməyib.

KONKRET.az xəbər verir ki, II Qaregin bu barədə Yerablur panteonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Daha əvvəl Paşinyanı istefaya çağıran katolikos jurnalistlərə açıqlamasında “Bu müqəddəs məkanda siyasi mövzularda danışmaq istəməzdim, amma sual verildiyi üçün mövqeyimdə heç bir dəyişiklik olmadığını bildirəcəm”,- deyə qeyd edib.

Qareginə görə, Ermənistan əvvəllər heç vaxt indiki qədər ağır vəziyyətə düşməyib:

“Bu cür itkilərimiz yox idi, ölkə heç vaxt bu cür təhdidlərlə üzləşməmişdi, gələcəyə dair qeyri-müəyyənlik xalqımız üçün bu qədər də qorxulu dərəcədə deyildi”.

O qeyd edib ki, bu vəziyyətdə Erməni Apostol Kilsəsi vəzifəsinə sadiq qalmalı, ayıldıcı sözünü deməlidir.

Xatırladaq ki, II Qaregin ötən ilin dekabrında Ermənistanda davam edən etirazlar zamanı hökuməti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*