Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb.
KONKRET.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq avtomobil təmiri sexinə və sexdə olan “Mercedes” markalı maşına çırpılıb.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü T.İbrahimov, 1992-ci il təvəllüdlü M.Həsənli və 2002-ci il təvəllüdlü K.Mehdizadə xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.