Ağstafada qətl hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, rayonun küçələrindən birində yaşayan M. Əfəndiyeva bədənin daxilə keçən kəsilmiş deşilmiş yaralarının nəticəsində ölüb.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin versiyaya görə, qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.
Hadisənin baş vermə səbəbləri və təfərrüatları məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Bizim.Media)
KONKRET.az