Ağstafada meşə sahəsində yanğın başladıbackend

Ağstafada meşə sahəsində yanğın başladı

Ağstafa rayonunda meşə sahəsində yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının ərazisi hazırda genişlənməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*