Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşdüyü iddia edilir.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb.
Sakinlərin sözlərinə görə, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb:
“Avqustun 28-də səhər 11-də torpaqlanma işi başladı, saat 1-də yolun asfalt örtüyünün çəkilməsi başa çatdı. Yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb”.