Ağsuda dezinfeksiya tədbirləri həyata keçirildibackend

Ağsuda dezinfeksiya tədbirləri həyata keçirildi

COVID-19 infeksiyasının qarşısının vaxtında alınması məqsədilə Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər aparılıb.

KONKRET.az xəbər verir ki, coxmənzilli yaşayış binalarında və parklarda dezinfeksiya tədbirləri həyata keçirilib.

Bundan əlavə, 16 kənd icra nümayəndəlyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Rayon ərazisindəki parklar, yollar, məktəb binaları, iaşə obyektləri, yaşayış binaları dezinfeksiya olunub.

Sakinlər onların təhlükəsizliyi baxımından görülən işlərdən razılıqlarını bildiriblər. Dezinfeksya işləri Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*