Ağsuda iki evdə yanğın baş verdibackend

Ağsuda iki evdə yanğın baş verdi

Ağsuda iki evdə yanğın baş verib. 

KONKRET.az xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində, 1959-cu il təvəllüdlü Cəbrayılov Rauf Zeyvər oğluna məxsus fərdi yaşayış evində yanğın olub. Hadisə yerinə FHN əməkdaşları və yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 144 kv/m olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb.

Bundan başqa, gecə saatlarında Ağsu şəhər N.Tağızadə küçəsində 1961-ci il təvəllüdlü Qasımov Durasan İsmayıl oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Ümumi sahəsi 100 kv/m olan yaşayış evinin 100 kv/m çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*