Aİ-dən Rusiyaya ŞOK – 149 gəmi…backend

Aİ-dən Rusiyaya ŞOK - 149 gəmi...

Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 149 gəmini qara siyahıya sala bilər.

KONKRET.az xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı hazırladığı növbəti sanksiya paketində 149 gəmini sanksiya siyahısına salmağı planlaşdırır. Bu barədə EUobserver nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu gəmilərdən 25-i hal-hazırda Baltik və Şimal dənizlərində yerləşir. Gəmilərin siyahıya salınması onların Avropa limanlarına girişinin qadağan olunması və digər dəniz hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər.

Sanksiyaların əsas məqsədi Rusiyanın enerji resurslarının daşınmasını və hərbi-logistika infrastrukturunu zəiflətməkdir. Avropa rəsmiləri bildiriblər ki, bu addım Rusiyanın dəniz daşımalarından əldə etdiyi gəlirlərə zərbə vuracaq.

Qeyd edək ki, bu qərarın yaxın günlərdə Aİ Şurası tərəfindən təsdiqlənməsi gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*